“Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı - İlham Əliyev 

17:31 26.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

 

Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.